u/Alive-Pomegranate484

Evə qayıdırsınız və belə bir şeylə qarşılaşdınız....nə edərdiniz ? Belə bir dünyada yaşayardınızmı?

Analog horror və liminal space horror nə qədər qeyri real görünsə də bir tərəfdəndə insana tanışlıq hissi verir elə bil ordasan amma nəsə çatışmır. Bu da insanda ''aradaqalma'' hissi narahatlıq və qəribə yadlıq yaradır.

u/Alive-Pomegranate484 — 4 days ago

Koroğlunun homoerotik və biseskual olduğuna dair şərhlər.....

Ədəbiyyata baxanda Eyvaz/Avazın Koroğlunun övladlığı və münasibətin ata–oğul çərçivəsində qurulması üçün kifayət qədər açıq mətn dəlilləri var.

(Şəkildəki ilk 3 shəifə Əsas mənbə: “Koroğlu”, mətni hazırlayıb tərtib edənlər İsrafil Abbaslı və Bəhlul Abdulla, Bakı, “Lider nəşriyyat”, 2005,)

Digər mənbələrə gəldikdə isə Xüsusilə Anadolu və Özbək variantlarında bu, sadəcə sonrakı tədqiqatçıların yozumu deyil; “oğul”, “evladım”, “övlad etmək” və xüsusi övladlığa götürmə ritualı mətnin özündə görünür.(Türk mənbələrədə istinad var)

Paris Nüsxəsinə gəldikdə isə o, əlyazmanı Cənubi Azərbaycandan Avropaya aparıb, ingilis dilinə çevirərək 1842-ci ildə Londonda nəşr etdirib. 1842 nəşrinin biblioqrafik qeydlərində də Xodzko tərtibçi kimi göstərilir.

Paris nüsxəsinin mətnini Xodzko özü uydurmayıb. Akademik mənbələrə görə dastan Aşıq Sadıqdan söylədilib, Mirzə Əbdülvahab tərəfindən yazıya alınıb.

Ümumiyyətlə Koroğlu dastanının bir çox nüsxələri vardır
1.Paris nüsxəsi (yeganə homoerotik mənbə)
2.Özbək “Avazhan”
3.Tiflis nüsxəsi / Təbriz variantı
4.Türkmən Göroğlu–Övəz
və s. Qazax, Qarapapaq, Tatar variantları... Bunların paris nüsxəsindən başqa Koroğlu və Eyvaz arasında cinsi istək və meyillilik haqqında dəlil yoxdur.

Ümumiyyətlə Koroğlu bir xalq dastanı və xalq qəhrəmanıdır yüz illər boyunca aşıqların dillərində söylənmiş xalq rəvayətləridir. Onun biseksual, oğlana meyilli olması tamamilə şərhçilərin öz qərarlarıdır.

1 mənbəyə əsasən Koroğluya fərqli damğa vurmaq düzgün deyil və tarix saxtakarlığıdır.

Ədəbiyyat:

https://www.preslib.az/en/book/4FA8WdgbifHSkTC?utm_source=chatgpt.com
https://azlib.org/kitab/korglu/65d6b97b-e8ef-4aec-a56d-8e779759f312?utm_source=chatgpt.com
https://arxiv.folklor.az/arasdirmalar/Koroglu.pdf?utm_source=chatgpt.com
https://books.google.az/books/about/K%C3%B6ro%C4%9Flu_destan%C4%B1.html?id=07lKAQAAIAAJ&redir_esc=y
https://makale.isam.org.tr/server/api/core/bitstreams/a242abac-dc2e-4af5-be18-c2e1867bea7c/content

u/Alive-Pomegranate484 — 13 days ago

Bütün insanların ağlından tək bir anlayışı (konsepsiya) silmək istəsəz bu nə olardı?

Pul, din, tort yemək, siyasət və s.

u/Alive-Pomegranate484 — 19 days ago

Görəsən, qarşımıza çıxan fərqində olduğumuz və ya olmadığımız fürsətlərdən mümkün olan ən yaxşı şəkildə yararlansaydıq, indi harada və nə halda olardıq?

u/Alive-Pomegranate484 — 23 days ago

SSRİ filmlərinə baxırsınımzı?

Məncə SSRİ-in satirik yumorlu filmləri və fəlsəfi elmi kütləvi (sci-fi) filmləri post-modern qərbin məşhur filmlərindən geri qalmır.

PS-1.Бриллиантовая рука 1969
2.Солярис 1972 (Tarkovskinin məşhur filmi)

u/Alive-Pomegranate484 — 1 month ago

Cib saatı işlədən var?

Cib saatı işlədən çox az rastlaşmışam, məncə normal qol saatı qədər dəyər görmür.

u/Alive-Pomegranate484 — 1 month ago

Musiqi zövqü insanın xarakteri, psixoloji vəziyyəti və dünyanı necə qavradığı haqqında güclü siqnallar verə bilərmi?

İnsanlar xarakterinə görə musiqi janrı seçirlər yoxsa janr onların xarakterini formalaşdırır?

u/Alive-Pomegranate484 — 1 month ago

Absolute cinema dediyiniz əsərlər hansılardır?

Pop culture filmlərdən əlavə (Pulp fiction, Inception və s.) həqiqətən absolute cinema dediyiniz filmləri nəyinə görə bəyənirsiniz?

u/Alive-Pomegranate484 — 1 month ago

Motivasiya mənbəyiniz nədir? Özünüzü inkişaf etdirmək istəməyinizə nə səbəb olur?

TLDR: Həyatınızın bu dövründə nəyi inkişaf etdirmək istəyirsiniz? Hansı bacarığı, münasibəti və ya hər hansı bir məqsədi inkişaf etdirmək istəməyinizə nə səbəb olur?

Məsələn, sağlamlığım, yaxınlarım, dinim, akademik fəaliyyətim, başqalarına öyrətmək bacarıqlarımı artırmaq və ya hər hansı bir şey üçün.

u/Alive-Pomegranate484 — 1 month ago

Niyə zamanla dünyasını dəyişmiş insanlardan ötrü daha çox darıxırıq və bəzən onları olduqlarından daha yaxşı xatırlayırıq?

Ölümün ən qəribə tərəflərindən biri də odur ki, o, sadəcə bir insanı bizdən almır həm də onunla keçirəcəyimiz gələcəyi də bizdən alır. Həmin insanla yenidən danışmaq şansı, anlaşılmazlığı düzəltmək şansı, yeni xatirələr yaratmaq şansı yoxdur. Yalnız keçmiş qalır.

Bəs bu barədə fikirləriniz nədir?

u/Alive-Pomegranate484 — 1 month ago

Ən sevdiyiniz cani (villain) personaj (film, serial, roman və s.) hansıdır?

Hansı canilərin sonda qalib gəlməsini istəyirsiniz?

u/Alive-Pomegranate484 — 2 months ago

Həyat fəlsəfəniz nədir?

Əslində, hər bir insan Sizifdir. Daş nə qədər ağır, yol nə qədər uzun və ya ağrı nə qədər fərqli olursa olsun, hər kəs bir daşı qaldırmağın dalınca qaçır və biz onun düşəcəyini bilə-bilə onu zirvəyə doğru itələməyə davam edirik. Bəziləri üçün daş zirvədə 2 saniyə, digərləri üçün isə 1 dəqiqə qalır. Amma nə olursa olsun, məqsədlər dəyişir. İndi fərqli bir daşı qaldırmağa çalışırıq. Bu dövrədə axdıqca həyatın əsl məqsədi öz iradəmizlə hansı daşı daşıyacağımıza qərar verə bilməkdir. Mən də belə düşünürəm. Ali hədəflər həyatın mənasıdır.

u/Alive-Pomegranate484 — 2 months ago