▲ 16 r/azerbaijan
Əsgərlikdən sonra xaricə geri dönmək
Salamlar hər kəsə. Xaricdə magistr oxuyub sonra hərbi xidmət üçün geri dönən bəylər var aramızda? Olkədə iş sektorunun vəziyyəti hamıya məlumdur. Mən də hazırda avropada təhsil alıram magistr üzrə, artıq məzun olmaq üzrəyəm. Bəziləri deyir doktorantura et və orada qal. Sözün açığı doktoranturaya da artıq həvəs qalmayıb. Ona görə bilmək istəyirdim ki aramızda xaricdən dönüb hərbi öhdəliyi ödəyib yenidən geri qayıda bilən şəxslər olubmu? Əgər olubsa hansı yolla geri qayıda bilmisiniz, çətinliklər nə olub və nə məsləhət görərdiniz? Bütün məsləhətlərə açığam
u/Dull_Light_8958 — 4 days ago