u/Feritx0

Oyunlara Azərbaycanca Lokalizasiya

Hərkəsə salamlar.

AzPatch Komandası olaraq yeni bir layihəyə başlamağı planlaşdırırıq və bu mövzuda sizin fikirlərinizi öyrənmək istəyirik.

Bildiyiniz kimi, hazırda hekayə əsaslı oyunların çox az hissəsi Azərbaycan dilinə tərcümə olunub. Biz isə istəyirik ki, həm sizin sevdiyiniz, həm də dünyada məşhur olan oyunları Azərbaycan dilinə tərcümə edərək oyunçulara daha rahat və doğma dildə təcrübə yaşadaq.

Bu səbəbdən sizdən təkliflərinizi gözləyirik. Hansı oyunların Azərbaycan dilinə tərcümə olunmasını istərdiniz?

Fikirlərinizi bizimlə bölüşməyiniz AzPatch üçün çox dəyərlidir.

Discord kanalı

reddit.com
u/Feritx0 — 15 days ago