u/Glittering-Wish5683

İndicə qabağıma Slavyan mənşəli süd məhsulları olduğunu deyən bir reklam çarxı çıxdı. Reklamdan ağzı sulu Qafqaz kişisini İmanov və onun "səfeh dostunu" Bəhram canlandırır.

Bu sadə bir reklam deyil. Bu düşüncə sistemidir. (Bizim) Kişini yırtıcı, qadını isə yeməli məhsul kimi təqdim etmək patriarxatın ən köhnə, ən cındırı çıxmış kodudur. Və bu kodu indi süd brendinin reklamına yeridiblər, sanki, bu normaldır, bu "mədəniyyətimizdir", sanki bu bizik.

Deyil.

Bu reklamlar eyni anda bir neçə iş görür: özümüzün olmayan məhsulu bizə doğma kimi sırıyır, qadın bədənini əşyaya çevirir, müstəmləkəçi baxışı adi bir zarafat kimi paketləyib ekrana çıxarır. Buna artıq inananları isə bu obrazlarla daha da möhkəmlədir. Təbii ki, reklamı çəkən adamlar sadəcə məhsulu satmaq istəyib, və başqa niyyətləri olmayıb. Lakin, daşlaşmış və özlərinə də yedirilmiş stereotipləri yenidən yaradaraq ocağa bir odun da onlar qoyublar.

Aktyor seçimi də təsadüf deyil. Tanınan üzlər bu məzmunu legitimləşdirir. "Axı bunlar bizim adamlardır" deyirik.

Bizim adamlar isə bu rolları oynamağa məcbur deyildi.

Bunu bizə yedizdirirlər.

Yeməyin, dostlar!

Əlavə edit: Tekst süni intellektlə yaradılmayıb lol.

u/Glittering-Wish5683 — 21 days ago