Xırdalan şüşə butulkası açanda qırıldı və əlimi kəsdi

u/Javidak — 4 days ago

Azərbaycanın gələcəyi ilə bağlı fikirlər

Neftdən gəlirlər azalır. Gələcəkdə ölkədə iqtisadi vəziyyət pis olacaq. Məncə bu faktdır.

Bu fakta bir gözlənti əlavə edək: Ermənistan iqtisadi cəhətdən Gürcüstanı üstələyəcək.

Bu iki şey olsa, azərbaycanda camaatın narazılığı artacaq. Məncə elə buna görə deltatelekom filan indidən hazırlıq görür. VPNlərin bağlanmasın nəzərdə tuturam.

Əgər deputat deyirsə ki imkan varsa xaricə gedin, məncə gələcək vəziyyət is no-brainer.

Həll yolu ancaq azad məhkəmələr və azad iqtisadiyyatdır. Heç olmasa qazaxıstan, rusiya səviyyəsində. Amma İ.Ə bu addıma gedən deyil. Bizdə sistem rusiyadan, qazaxıstandan, türkiyədən fərqlənir. İ.Ə yerli böyük biznesmenlərdə təhlükə görür. Ona görə bu addıma gedən deyil.

Məncə gələcəkdə Ermənistan Gürcüstandan daha çox inkişaf edəcək. Azərbaycan isə Türkmənistan kimi bağlanacaq.

reddit.com
u/Javidak — 6 days ago

Çörəkçilər qrupu

Bilən var bu niyə silindi? Buna da hakimiyyətdən/güc orqanlarından barmaq etdilər? Heç olmasa arxivə salıb açıq qoyardılar.

reddit.com
u/Javidak — 7 days ago

White collar guys, I need your opinion/help

TLDR: Xarabada iş tapa bilmirəm.

2000 təvəllüdəm. Azərbaycanda iqtisadiyyat üzrə bakalavr oxumuşam. Bakalavr vaxtı bir bankda 5 aylıq intern olmuşam.

Sonra Almaniyada iqtisadiyyat üzrə master oxumuşam 3 il ərzində. Bu 3 ildə 3 alman şirkətində part-time (intern) işləmişəm. Ümumi götürsək Almaniyada 1 il Data Science üzrə işləmişəm, 1 il də Finance üzrə.

Sonra xarabaya qayıdıb 1 il Alagöldə ermənləri söydüm rusca.

Artıq 1 ildən çoxdur ki, iş tapa bilmirəm. Ancaq junior (1-2 il staj tələb edən) pozisiyalara müraciət edirəm. Sahə olaraq Maliyə, Analitika, Data Science üzrə müraciət edirəm. Uğurlarımın statistikası aşağıdakı kimidir:

Ümumi müraciət sayı: 130-140, HR-la zəng sayı: 2, İnterview sayı: 1, Offer sayı: qara zurna. Ümumi desək, 90% cavabsız qalır, 10% isə reject edir.

Bu uğursuzluğa dair, daha doğrusu bunun səbəbinə dair fikir bildirsəz sevinərəm. Düzdür vakansiyaların çoxusu yalan olur, amma 140 müraciətdən 1 interview almaq… Məntiqi izahlarım 1) vakansiyaların çoxu müəyyən səbəblərə görə real deyil; 2) yaşım çoxdur deyə reject edirlər; 3) almaniyada oxuyub-işləmişəm deyə qorxurlar ki 1-2 ilə çıxıb gedəcəm — başqa ağlıma heçnə gəlmir. Bəlkə sizlər insight filan verəsiz.

Linkedində baxıram, camaat macarstanda kassir işləyir, sonra gəlib PaşaBankda trader düzəlir. Nəbilim ee, təcrübəsiz filan, gedib DP ilə UKdə master oxuyur gəlib Bankda risk analyst düzəlir. Və sairə və ilaxır.

Çarə olaraq dövlət qulluğu qalıb, amma orda da güclü rəqabət var, deyirlər hər xırda şeyi bəhanə edib kəsə bilirlər müsahibədən.

P.S.0. Big-4 deməyin, mühasibatçılıqdan və ACCAdan xoşum gəlmir, daha doğrusu zəhləm gedir. Həm də big-4 üçün yaşım çoxdur, həmyaşıdlarım orda seniordurlar artıq.

P.S.1. Desəz ki CV-in yəqin g*t gündədir — məncə xeyr. CV barəsində nöqsanım yoxdur. Almaniyada bir neçə ay FAANG HR-lardan resume düzəltmək barəsində kurslar və seminarlar götürmüşəm. Yəni CV barəsində lompaket deyiləm.

reddit.com
u/Javidak — 28 days ago