
bədənim vitiligoya qarşı olan döyüşü yavaş-yavaş uduzur
vitiligo ölümcül bir xəstəlik deyil amma psixologiyama ölümcül zərbələr vurmağı bacarır. Bilməyənlər üçün bu xəstəlik bədənin müxtəlif hissələrindəki rəng piqmentlərini öldürür və həmin bölgədəki dəri rəngi olduqca ağarır. Bu müalicəsi olmayan xəstəlik məndə uzun illərdir ki var, amma bədənimin görünməyən hissələrində olduğu üçün vecimə deyildi. Amma son zamanlarda yenidən aktivləşib və bədənim müxtəlif hissələrində çoxalmağa başlayıb. Bir neçə gün əvvəl sağ əl barmağımda ağarma müşahidə etdim. Dua etdim ki düşündüyüm şey olmasın. Amma hər dua qəbul olsaydı... Artıq sağ əl barmağımda kiçik də olsa yavaş-yavaş ağaran bir hissə var. Yəni artıq digər insanlar tərəfindən görünən yerlərdə formalaşmağa başlayır. Bəziləriniz deeyə bilərsiniz ki abardıram. Bəlkə də düz deyirsiniz. Amma psixologiyam bunu götürə, həzm edə bilmir. Özümü pis hiss edirəm. Kefim pozulur, evdən çölə çıxmaq istəmirəm. Böyük ehtimal bu xəstəlik bədənimdə daha da artacaq və daha pis görünəcəm. Təəssüf ki bu xəstəliyin müalicəsi yoxdur. Sadəcə içimi boşaltmaq istədim. Başqa nə deyim bilmirəm.