Big Four-da karyera ilə bağlı bir neçə sual
Salam,
Mən Türkiyədə magistr təhsilimi iki ay ərzində başa vuracağam və planım Azərbaycana qayıtdıqdan sonra Big Four şirkətlərinə müraciət etməkdir. Bakalavr təhsilimi İstanbul Universitetində, magistr təhsilimi isə Marmara Universitetində ingilis dilində iqtisadiyyat ixtisası üzrə almışam və bölümü birinci olaraq bitirmişəm. Əsas maraq dairəm data analizi və evaluation modelling sahələridir.
Soruşmaq istədiyim odur ki, bildiyim qədərilə Türkiyədə Big Four-un bu sahələrinə daxil olmaq üçün müəyyən ciddi baryerlər mövcuddur. Məsələn, tanışın olması və ya dünyanın ən nüfuzlu universitetlərindən məzun olmaq kimi amillər ön plana çıxır. Azərbaycanda da bu cür baryerlər var? Həmçinin yaşım 30-dur. Bu, işə qəbul prosesində problem yarada bilər?
Bir məsələni də öyrənmək istərdim: bu sahələr üzrə vakansiyalar mütəmadi olaraq elan olunur, yoxsa HR və ya müvafiq şöbə rəhbərləri ilə birbaşa əlaqə saxlamaq daha məqsədəuyğundur? Azərbaycandakı işə qəbul sistemini və bu prosesin yazılmamış qaydalarını yaxşı bilmədiyim üçün soruşuram. Alternativ olaraq, əvvəlcə bir bankda təxminən bir il işləyib təcrübə topladıqdan sonra Big Four-a müraciət etmək daha doğru yanaşma olar?