

Dövlət lazım olanda uşağı valideyndən ala bilməlidirmi?
Hicab müzakirəsində bir fikir dəfələrlə qarşıma çıxdı: valideynlər uşaqlarını manipulyasiya edir, ona görə dövlət müdaxilə etməlidir. Bəziləri daha da irəli gedib yazır ki, "manipulyasiya riski" olan ailələrdən uşağı almaq lazımdır.
Hicabı bir kənara qoyaq: dövlətin insanların şəxsi həyatına müdaxiləsinin sərhədi haradadır?
Mövqeyimi açıq deyim. Mən burda açıq aşkar zorakılıq, uşağa baxımsızlıq (ac qoymaq və s.), istismar hallarından danışmıram. Məişət zorakılığından əziyyət çəkənlər üçün platforma yaratmış biri kimi bunu yaxşı bilirəm. Amma ailənin dəyərləri dövlətin dəyərlərindən fərqlənəndə müdaxilə etməlidirmi?
Əsas sualım budur ki, kim qərar verib ki, dövlət manipulyasiya etmir? Mən ailəmdən, nə atamdan, nə anamdan, nə babadan, nə nənədən uşaq vaxtı filan millət düşmənimizdir, filankəsləri öldürməliyik, filankəsləri qırmaq lazımdır deyə bir şey eşitməmişəm. Mən bunların hamısını bağçaya, məktəbə gələndə öyrəndim. 1999-cu ildə, 5 yaşında uşağa bağçada Azərbaycan tankları altında əzilib qana bulanmış erməni əsgərləri rəsmi çəkdirirdilər.
Eynilə, mənim valideynlərim mən uşaq olanda dindar deyildilər. Heç biri namaz qılmırdı, həyatlarında çox sonra buna başladılar. Mən babamın kitabxanasında tapdığım "Quran əlifbası" kitabından ərəb əlifbasını öyrənib, maraqlanıb, öz istəyimlə anamdan xahiş eləmişdim ki, məni axund yanına göndərsin Quran öyrənim. O vaxtı sosial media yox idi, sinfimizdə heç bir qız hicab filan da taxmırdı. Mən hətta uşaq vaxtımda bir ara o qədər dini ədəbiyyat oxuyurdum ki, atam mənlə mırtlaşmışdı ki, "Cavid böyüyəndə Ayətullah Uzma olacaq". Mənə demədi ki, daha dindar ol ya da ateist ol. Dinə necə gəlmişdimsə, elə də çıxdım. Hansı fikrə gəldimsə öz istəyimlə gəldim.
Valideyn həmişə uşağına dinini, dilini, dəyərlərini ötürür, hətta mühacirət edib başqa bir ölkədə miqrant kimi yaşayan valideynlər belə uşaqlarını tam amerikan, tam alman edə bilmir. Dövlət də dərsliklərdə, televiziyada, məktəbdə nəyə inanmalı olduğumuzu deyəndə buna "təlim-tərbiyə" deyirik. Aradakı əsas fərq nədir? Tək fərq var: valideynin təsiri bir ailəni əhatə edir, dövlətinki isə milyonları. Valideyni ilə razılaşmayan uşaq böyüyəndə evdən çıxa bilər. Dövlətlə razılaşmayan isə ölkədən çıxmalıdır. (Bunu Varşavadan yazmağım ən böyük nümunədir)
Tarix "uşağın xeyrinə" deyilən müdaxilələrlə doludur. Sovet dövründə "xalq düşmənlərinin" uşaqları uşaq evlərinə göndərilir, atasını hökumətə ələ verən Pavlik Morozov qəhrəman elan olunurdu. Kanadada on minlərlə aborigen qəbilələrin uşaqları "sivilləşdirmək" adı ilə ailələrindən alınıb internat məktəblərə göndərilmişdi. Avstraliyada bunun adı "oğurlanmış nəsillər" olaraq qalıb. Hətta azadlıqları ilə super məşhur Norveç (Barnevernet) belə ailələrdən uşaq aldığına görə AİHM-də dəfələrlə uduzub. Bunların heç biri camaatın işinə qarışaq adı ilə başlamayıb. Hamısı "uşaqları qoruyaq" deyə başlayıb.
Onsuz da diktaturada yaşayırıq. Ona bir də paternalist sifət vermək bizi Türkmənistandan da betər edə bilər. Hamınızı bu suallar ətrafında düşünməyə dəvət edirəm.
Bu gün hicab, sabah ateist ailə, o biri gün müxalif valideyn, jurnalist ata. Kim sərhədi müəyyən edəcək?
Dövlətə necə belə güvənə bilirsiniz? Dövlətin maraqları uşağın maraqları ilə eyni deyil. Valideyn adətən uşağının xoşbəxt olmasını istəyir. Dövlətə isə sadiq vətəndaş, itaətkar fəhlə, sual verməyən seçici lazımdır.
Deyək ki, İlham Əliyevdən razı olacaq qədər axmaqsınız, başınız çatmır. Ola bilər də, hər insanın intellekti ayrı səviyyədədir. Amma səlahiyyət hökumətdən uzun yaşayır. Bu gün razı olduğunuz İlham Əliyevə verdiyiniz səlahiyyəti sabah razı olmadığınız biri istifadə edəcək. Onda nə olacaq?
Valideyn səhv edəndə onu dövlət cəzalandırır. Məsələn, qızını uşaq yaşda evləndirən valideynləri cəzalandırmaq vacibdir, o tərəfə də keçmək lazımdı. Bəs dövlət səhv edəndə onu kim cəzalandırır? Müstəqil məhkəməsi olmayan ölkədə "uşağı qorumaq" səlahiyyətini kimə güvənib verəcəksiniz?
A reminder on how Azerbaijani journalists were free just a couple years ago. Alas the guy who is speaking here is an Aliyevist now
youtu.beAzerbaijan’s peace comes with repression | Eastern Express
youtu.beDouble Standards in EU’s Annual Human Rights Assessments: The Cases of Azerbaijan and Belarus Compared - Baku Research Institute
bakuresearchinstitute.orgPodcast | Are there any free journalists left in Azerbaijan?
oc-media.orgOne year in exile from Azerbaijan
A year ago today I arrived in Poland with two suitcases. It turned out that everything important in my life was small enough to fit into two suitcases. I won't explain in detail why I chose this destination.
Edward Said wrote that exile is "strangely compelling to think about but terrible to experience." One year in, I can confirm it. For a year now I have been "thinking" with a strange intensity.
Whenever I give interviews in English, I used to say "Azerbaijan has an authoritarianism problem." But it was here that I understood: Azerbaijan is not a state with an authoritarianism problem. What exists is one family's project, and Azerbaijan is a state that has been folded into that project. The mechanism is worth describing precisely, because the regime relies on vagueness. Today hundreds of people, from Ulviyya Ali to Bahruz Samadov, are being held unjustly in prisons and detention centers. Most recently, the verdict was read out against the Toplum TV staff.
Hannah Arendt said that the ideal subject of authoritarian rule is not the fanatics like the Mirshahin Aghayevs but the person for whom the distinction between truth and lie has stopped mattering. That is exactly what these persecutions manufacture: your belief must disappear; you must be worn down. The regime does not need Azerbaijanis to accept that Bahruz Samadov is a traitor. The regime wants a people with no questions worth asking. That is why, in its logic, anyone who films a TikTok video must be arrested, must be frightened.
Every barrel of oil and every cubic meter of gas sold to Europe under the name of "energy diversification," every summit where Ilham Aliyev is received as a partner rather than as a prison warden, makes him crueler at home. And the regime's reach keeps widening: Azerbaijanis in exile have learned in Georgia, in Germany, and most recently in the case of Bahruz Hasanli in Ukraine, that the government will not let go of them.
Back to Poland. Warsaw was one of the first historical destinations for Azerbaijanis fleeing into exile. But the Poles have their own famous exiles. Czesław Miłosz, for one, insisted that a person's true homeland is their language. If that is so, perhaps there is some consolation in it: none of us is fully in exile yet. Perhaps that is also why most exiled Azerbaijanis cannot settle in here, cannot switch their daily speech to Polish, English, or German. After talking in English for hours on end, I find myself longing to speak Azerbaijani with the people dear to me.
I miss Baku. And yet, when I lived in Baku, I hated its wretched infrastructure, its endless traffic jams, the police peering out from every street. Another casualty of exile, Theodor Adorno, wrote that "it is part of morality not to be at home in one's home." Now Ilham Aliyev is destroying, with great enthusiasm, the back streets where I spent the best years of my youth; historic buildings are burned down overnight. The message is clear: this is not your city, it is my private courtyard.
The structural weakness of authoritarianism is that it must smother information to survive, and information is the only commodity that always leaks. As exiles, I believe our job (after looking to our own safety, of course) is to keep the news coming out of the country legible, and above all to carry the voices of our imprisoned comrades to the world. Victor Hugo, in his own long exile, swore that if only one person remained in opposition, he would be that one. We are not yet down to one. Scattered and not yet networked as we are, we are people who cross borders, who speak dozens of languages, who are capable of critical thought, who know how to stand by one another, who hold the social media narrative in our hands — the people the Hikmet Hajiyevs are afraid of.
We must carry on our work without surrendering to despair.