u/rbaratli59

Şitpost Şənbəsi (ŞŞ)

Şitpost Şənbəsi (ŞŞ)

Salam, hər kəs!

Bu gündən etibarən subredditimizdə Şitpost Şənbəsi (ŞŞ) tətbiq olunur.

Bundan sonra istifadəçilər hər həftənin 6-cı günü (Şənbə) şitpost məzmunu paylaşa bilərlər.

Qaydalar

Şitpost paylaşımlarına yalnız Şənbə günü icazə verilir.

Paylaşımlar yenə də subreddit və Reddit qaydalarına uyğun olmalıdır.

Təhqir, nifrət nitqi, spam və digər qayda pozuntuları silinəcək.

Digər günlərdə paylaşılan şitpostlar moderatorlar tərəfindən silinə bilər.

Ümid edirik ki, ŞŞ icmamızda həm əyləncəli, həm də nizamlı bir mühit yaradacaq.

u/rbaratli59 — 2 days ago

"Tennis for Two" - Video Oyun sənayesinin inqilabı

1958-ci ildə fizik Uilyam Higinbotam (William Higinbotham) tərəfindən yaradılmış “Tennis for Two” müasir video - oyun sənayesinin əsasını qoyan ilk interaktiv rəqəmsal əyləncə nümunələrindən biri hesab olunur. Osiloskop ekranında nümayiş etdirilən sadə tennis simulyasiyası oyunçulara sistemlə birbaşa qarşılıqlı əlaqəyə girmək imkanı verirdi. Məhz bu xüsusiyyət onu dövrünün digər elektron nümayişlərindən fərqləndirərək video - oyun tarixində mühüm mərhələyə çevirdi.

Oyun kommersiya məqsədilə hazırlanmasa da, texnologiyanın yalnız elmi və hərbi məqsədlər üçün deyil, əyləncə vasitəsi kimi də istifadə oluna biləcəyini nümayiş etdirdi. Higinbotam bu layihəni ABŞ-dakı Brukheven Milli Laboratoriyasının açıq qapı günündə ziyarətçilərin diqqətini cəlb etmək üçün hazırlamışdı. Lakin sadə bir sərgi eksponatı kimi nəzərdə tutulan bu layihə sonradan bütün bir sənayenin inkişaf istiqamətini göstərən nümunəyə çevrildi.

“Tennis for Two” oyununda iki iştirakçı xüsusi idarəetmə qurğularından istifadə edərək topun trayektoriyasını idarə edir, ekrandakı virtual torun üzərindən rəqibə ötürməyə çalışırdı. Bu, tamaşaçıların sadəcə izləyici deyil, prosesin aktiv iştirakçısı olmasına imkan yaradan ilk rəqəmsal təcrübələrdən biri idi. Müasir oyun dizaynının təməl prinsiplərindən sayılan “interaktivlik” anlayışı məhz bu cür layihələrlə formalaşmağa başladı.

Tarixçilər arasında ilk videooyunun hansı olduğu barədə müəyyən mübahisələr mövcuddur. Bəzi tədqiqatçılar 1952-ci ildə yaradılmış “OXO” adlı elektron xaç-nol oyununu, digərləri isə 1962-ci ildə hazırlanmış “Spacewar!” layihəsini önə çəkirlər. Buna baxmayaraq, “Tennis for Two” geniş auditoriyaya təqdim edilmiş və oyun əyləncəsini ön plana çıxarmış ilk nümunələrdən biri kimi xüsusi yer tutur.

Bu gün milyardlarla dollarlıq qlobal oyun sənayesinin əsasında Higinbotamın ortaya qoyduğu sadə, lakin inqilabi ideya dayanır: insanın kompüter sistemi ilə real vaxt rejimində qarşılıqlı əlaqəsi. Müasir oyun mühərrikləri, fotorealist qrafika, süni intellekt sistemləri, virtual reallıq texnologiyaları və onlayn çoxoyunçulu platformalar məhz həmin ideyanın onilliklər ərzində inkişaf etdirilmiş nəticələridir.

“Tennis for Two” göstərdi ki, texnologiyanın dəyəri yalnız hesablama gücündə deyil, insanlara təqdim etdiyi təcrübədədir. Bu səbəbdən oyun tarixi araşdırmalarında Uilyam Higinbotamın adı, videooyun sənayesinin formalaşmasına töhfə vermiş ən önəmli pionerlərdən biri kimi xatırlanır.

u/rbaratli59 — 7 days ago

Kərə yağını gətir

“Rick and Morty” serialındakı “kərə yağı robotu” səhnəsi, ilk baxışda sadəcə absurd bir yumor kimi görünsə də, əslində dərin bir varoluşsal böhranı simvolizə edir. Robotun “Mənim məqsədim nədir?” sualına aldığı “Kərə yağı uzatmaq” cavabı, insanın ömür boyu axtardığı məna arayışının ironik və sadələşdirilmiş bir əksidir.

Bu səhnə, Jean-Paul Sartre və Albert Camus kimi ekzistensialist filosofların əsas fikirlərinə toxunur: insan dünyaya əvvəlcədən müəyyən edilmiş bir məqsədlə gəlmir, əksinə öz mənasını özü yaratmağa məcburdur. Lakin robotdan fərqli olaraq, insan bu mənanı sorğulaya bilən şüura malikdir. Məhz buna görə səhnə tragikomik bir hal alır; robot ona verilmiş məhdud və mənasız vəzifənin fərqinə vardığı anda bir növ “şüur yükü” daşımağa başlayır.

Robotun kərə yağı tükəndikdə yaşadığı çökmə, psixologiyada “məqsəd itkisi” və ya “mənasızlıq hissi” kimi tanınan vəziyyətə bənzəyir. İnsanlar da çox vaxt həyatlarını müəyyən rollar üzərində qururlar: iş, münasibət, məqsədlər… Lakin bu rollar ortadan qalxdıqda və ya artıq doyurucu olmadıqda, insan dərin bir boşluq hissi ilə üzləşə bilər. Bu hal varoluşsal boşluq adlanır.

Ən diqqətçəkici məqam isə budur: robotun yaşadığı böhran onun “daha çox ola biləcəyini” dərk etdiyi anda başlayır. Yəni problem təkcə mənasız bir vəzifəyə sahib olması deyil, bu vəzifənin yetərsizliyini anlamasıdır. Bu da göstərir ki, şüur artdıqca narahatlıq da arta bilər. İnsan zehni daim iki vəziyyət arasında qalır: sadə mövcudluğa razı olmaq və məna axtarmaq.

Bu səhnə bizi narahat edən, amma real bir sualla üz-üzə qoyur: “Əgər həyatımızın məqsədi bizə kənardan verilibsə və biz bundan məmnun deyilsiksə, biz həqiqətən yaşayırıq, yoxsa sadəcə "kərəyağı uzadırıq?”

Bəlkə də əsas məsələ bizə verilən məqsədi sorğulamaq deyil, öz məqsədimizi yaratmaq cəsarətini göstərməkdir.

u/rbaratli59 — 9 days ago

Dünyanın ən böyük təkçiçəkli gülü

Dünyanın ən böyük təkçiçəkli gülü hesab edilən Rafflesia, bitkilərin taksanomiyasında Rafflesiaceae fəsiləsinə aid edilir.

Ən maraqlı xüsusiyyətlərindən biri vegetativ (kök, gövdə, yarpaq) orqanlarının olmamasıdır.

​

Rafleziya cinsinə aid növlər Cənub-Şərqi Asiyada, əsasən İndoneziya, Malayziya, Bruney, Tailand və Filippinlərdə yayılmışdır. Dünyanın ən böyük tək çiçəkli bitkisi hesab edilən Rafleziya arnoldii isə məhdud areala malikdir və yalnız Sumatra, Borneo adalarında və Tailandın Khao Sok Milli Parkında müşahidə olunur.

​

Dünyadakı bir çox bitkidən fərqli olaraq Rafflesiya öz qidasını hazırlamaq üçün fotosintez etmir. O, tam bir parazitdir. Cəngəllikdəki Tetrastigma adlı xüsusi sarmaşıqların gövdəsinə yerləşir, onların suyunu və qidasını sormaqla həyatda qalır. Çiçək açana qədər onun oradakı varlığını belə hiss etmək mümkün deyil.

​

Bu çiçək açdığı zaman əsl bir divə çevrilir. Xüsusilə Rafflesia arnoldii növünün diametri 1 metrə, çəkisi isə 10 kiloqrama qədər çata bilir. Ləçəkləri o qədər qalındır ki, bəzən 2-3 santimetrə çatır

​

Onu "Meyid gülü" adlandırmağın əsas səbəbi yaydığı dəhşətli, çürümüş ət qoxusudur. Təbiətdəki bir çox gül arıları və kəpənəkləri cəlb etmək üçün gözəl ətirlər saçsa da, Rafflesiya bunun tam əksini edir. O, bu dözülməz qoxu vasitəsilə leş milçəklərini və böcəkləri özünə cəlb edir. Həşəratlar "leş" tapdıqlarını düşünərək çiçəyin içinə daxil olur və fərqində olmadan bitkinin tozlanmasına kömək edirlər.

​

Rafflesiya həşəratları aldatmaq üçün yalnız qoxu yaymaqla kifayətlənmir. O, öz daxili temperaturunu insan və ya heyvan bədəninin hərarətinə (təxminən 36-37°C) qədər yüksəldə bilir. Qaranlıq və rütubətli cəngəllikdə bu, böcəklər üçün əsl isti və təzə leş illüziyası yaradır.

​

Bu qədər zəhmətlə əmələ gələn çiçəyin ömrü çox qısadır. Rafflesiyanın qönçəsinin böyüməsi aylarla vaxt alsa da, çiçək tam açdıqdan sonra cəmi 5-7 gün yaşayır. Bu müddətdən sonra o, sürətlə çürüyərək əriyib qara bir kütləyə çevrilir.

​

Uzun illər ərzində alimlər Rafflesiyanın bitkilər aləmində hansı qrupa aid olduğunu müəyyən etməkdə çətinlik çəkirdilər, çünki onun yarpaqları, gövdəsi və kökləri yoxdur (DNT-sini müqayisə etmək üçün standart bitki hissələri əksik idi).

​

​Nəhayət, 2007-ci ildə Harvard Universitetində aparılan DNT analizləri göstərdi ki, bu qəribə parazit bitki əslində Malpighiales sırasına aiddir. Bu çox təəccüblü bir kəşf idi, çünki həmin sıraya eyni zamanda bizim yaxşı tanıdığımız söyüd ağacı (willows), bənövşə (violets) və kətan (flax) kimi tamamilə normal, yaşıl yarpaqlı bitkilər də daxildir. Yəni təkamül gedişatında Rafflesiyanın əcdadları fotosintez etmək qabiliyyətini və bütün ənənəvi bitki orqanlarını itirərək parazit həyat tərzinə keçmişlər.

​

Təəssüf ki, Cənub-Şərqi Asiyanın (əsasən İndoneziya, Malayziya və Filippin) yağış meşələrində bitən bu nadir bitkinin nəsli kəsilmək üzrədir. Meşələrin qırılması, kənd təsərrüfatı sahələrinin genişləndirilməsi və turistlərin şüursuz davranışı Rafflesiyanın yaşama şansını günü-gündən azaldır. Onun parazit həyat tərzi və xüsusi şərtlər tələb etməsi də bu bitkini botanika bağlarında yetişdirməyi demək olar ki, qeyri-mümkün edir.

u/rbaratli59 — 10 days ago

1969-cu il 20 iyul tarixi...

1969-cu il 20 iyul tarixi bəşəriyyət tarixinin ən əlamətdar günlərindən biri kimi yadda qaldı. Həmin gün Nil Armstronq və Bazz Oldrin Aya ayaq basan ilk insanlar oldular.

​

“Apollon-11” missiyasından bir neçə ay əvvəl astronavtlar ABŞ-ın qərbində, Ay səthini xatırladan səhralıq ərazidə təlim keçirdilər. Bu bölgədə bir neçə hindu qəbiləsi yaşayırdı.

​

Bir gün qəbilənin yaşlı üzvlərindən biri astronavtlara yaxınlaşıb nə ilə məşğul olduqlarını soruşdu. Onlar yaxın zamanda Aya səyahət edəcəklərini dedilər. Bunu eşidən qoca onlardan kiçik bir xahiş etdi. Qəbilələrinin inancına görə, Ayda müqəddəs ruhlar yaşayırdı və o, həmin ruhlara bir mesaj göndərmək istəyirdi. Sözləri dəfələrlə təkrarlayaraq astronavtlara əzbərlətdi və onların mənasının sirr olduğunu, yalnız o ruhların bunu anlamalı olduğunu xüsusi vurğuladı.

​

Bir müddət sonra astronavtlar yerli dilləri bilən bir hindudan bu sözlərin mənasını soruşdular. Tərcüməni eşidəndə isə qəhqəhə ilə gülməyə başladılar.

​

Mesajın mənası belə idi:

​

“Bu adamların bircə kəlməsinə də inanmayın. Onlar torpaqlarınızı oğurlamağa gəliblər.”

​

[ "Sapiens" , Yuval Noah Harari]

u/rbaratli59 — 15 days ago

ŞTEFAN SVAYQ - ŞAHMAT

Mini klassika ustası ​Ştefan Svayqın intiharından qısa müddət əvvəl (1942-ci ildə) yazdığı bu şedevr, sadəcə iki qrosmeysterin gəmi göyərtəsindəki qarşılaşması deyil, eyni zamand insan ağlının sərhədlərini, mütləq təcridin gətirdiyi dəliliyi və şahmatın həm xilasedici, həm də məhvedici gücünü kəşf edən çox dərin, qaranlıq bir psixoloji trillerdir.

​

Əsərin mərkəzində iki tamamilə zidd xarakter və onların timsalında iki fərqli dünya görüşü dayanır.

​

​Çentoviç - kəndli mənşəli, savadsız, mədəniyyətdən yoxsul, lakin şahmat taxtasında bir "robot" kimi qüsursuz işləyən dahi, hazırkı dünya çempionudur.

​

​Onun heç bir şahmat təxəyyülü yoxdur. Taxta və fiqurlar olmadan beynində bir dənə də olsun gediş qura bilmir.

​O, şahmatı fəlsəfə və ya sənət kimi deyil, sadəcə qazanmaq və rəqibini əzmək üçün bir alət kimi görür. Çentoviç çox vaxt o dövrün emosiyasız, mexaniki və qəddar faşist rejiminin metaforası kimi qəbul edilir.

​

Doktor B. - ​Əsərin əsl qəhrəmanı və fəlsəfi mərkəzi Doktor B-dir. Ziyalı, incə ruhlu və həssas bir Avstriyalı olan Doktor B-nin hekayəsi insan psixologiyasının ən dərin və qaranlıq künclərinə işıq salır.

​

Doktor B. 1938-ci ilin mart ayında həbs edilir. Bu tarix Avropa tarixi üçün çox qaranlıq bir gündür , Nasist Almaniyasının Avstriyanı işğal edərək özünə birləşdirdiyi ərəfə. Hitler ordusunun Vyanaya daxil olduğu günlərdə Gestaponun (Nasist gizli polisi) ilk işlərindən biri şəhərin əsas fiqurlarını sıradan çıxarmaq olur və Doktor B də elə ilk günlərdəcə yaxalanır.

​

​

Doktor B Gestapo tərəfindən həbs edilir. Onu fiziki işgəncəyə məruz qoymurlar, bunun əvəzinə tamamilə boş bir otel otağında, heç bir səs, kitab, qələm və ya insan üzü olmadan mütləq təcrid vəziyyətində saxlayırlar. Məqsəd onun iradəsini psixoloji olaraq sındırmaqdır. Sorğulardan birində o, təsadüfən bir şahmat kitabı oğurlamağı bacarır. Bu kitab onun ağlını itirməkdən qoruyan yeganə sığınacağa çevrilir. Tədricəən kitabdakı 150 böyük usta partiyasını beynində canlandırır və əzbərləyir. Şahmat onun xilaskarı olur.

Lakin, müəyyən müddətdən sonra

​"Şahmat Zəhərlənməsi" yaşayır və Beynində İki fərqli şəxsiyyət formalaşdırır.

​

Bütün partiyaları əzbərlədikdən sonra Doktor B yenidən o qorxunc boşluqla üz-üzə qalır. O, beynini məşğul saxlamaq üçün qorxunc bir addım atır: özü-özünə qarşı şahmat oynamağa başlayır.

​

​İnsanın hər iki tərəf (həm Ağlar, həm də Qaralar) olaraq oynaması, həm hücum edib, həm də eyni anda o hücumdan necə müdafiə olunacağını planlaşdırması şizofrenik bir vəziyyət yaradır.

​

​Onun daxili dünyası müharibə meydanına çevrilir. Sveyq bunu "Şahmat zəhərlənməsi" adlandırır. Tənhalıqdan qurtulmaq üçün tapdığı bu dahi çıxış yolu sonda onu dəliliyin, paranoiyanın astanasına sürükləyir.

​

Əsərin kulminasiyası gəmidə baş verir. Doktor B illər sonra ilk dəfə xəyalında deyil, fiziki olaraq həqiqi şahmat taxtası və fiqurlarla qarşılaşır. O, təkəbbürlü Çentoviçə qarşı oyuna girir.

​

İlk partiyada Doktor B-nin daxili coşqusu, fırtınalı intuisiyası və qeyri-adi kombinasiyaları Çentoviçin lovğalıq və eqo dolu mexaniki divarını dağıdır və onu məğlub edir.

​

​Çentoviç ilk partiyanı uduzduqdan sonra anlayır ki, qarşısındakı adamın intellekti ondan qat-qat üstündür. Şahmat taxtasında qələbə qazana bilməyəcəyini görən Çentoviç rəqibinin psixologiyasını hədəf alır. O, Doktor B-nin əsəbi, tələskən olduğunu və gedişləri saniyələr içində hesabladığını müşahidə edir.

​

​Çentoviç burada şahmatçı kimi deyil, bir cəllad, bir Gestapo zabiti kimi davranır:

​

​ O, ən sadə, ən aşkar gedişlər üçün belə icazə verilən maksimum vaxtı son saniyəsinə qədər istifadə edir.

Yaranan bu ​sükutun dəhşəti və 10 dəqiqəlik gözləmələr Doktor B üçün dözülməz həddə çatır. Çünki onun beyni saniyələr içində onlarla ehtimalı hesablayıb bitirir və yerdə qalan 9 dəqiqə 50 saniyə ərzində o, yenidən otaqdakı o dəhşətli boşluqla, "heçliklə" baş-başa qalır.

​

Doktor B, Əsəbləşir, səbirsiz davranır və gedişatlar bitmədən oyunu qazandığını yada rəqibin cəld oynamısını tələb edir. Vəziyyətin pisləşdiyini görən digər şəxslər Doktor. B - ni sakitləşdirir. Əsərin sonunda Doktor B beynindəki o dəhşətli uçuruma yenidən yuvarlandığını anlayıb əlləri əsə-əsə masadan qalxır və yerdə qalanlardan üzr istəyərək qapıdan çıxıb gedir. Bu, bir insanın öz ağlını qorumaq üçün atdığı son, kədərli bir addım idi.

​

​Lakin həmin an insanlığın, rəhmin və ya kədərin nə olduğunu bilməyən Çentoviç yalnız taxtaya baxaraq eqo dolu hərəkətləri ilə dedi:

​

​

Heyif," – dedi, sanki böyük bir lütf edirmiş kimi. – "Halbuki hücum heç də pis qurulmamışdı. Bir həvəskar üçün bu bəy, əslində, qeyri-adi dərəcədə qabiliyyətlidir"

u/rbaratli59 — 17 days ago

KÖHNƏ DƏMİR PUL KOLLEKSİYAM

Köhnə dəmir pul kolleksiyam haqqında nə düşünürsüz?

u/rbaratli59 — 17 days ago

ƏSRİN MATÇI

Şahmatın sadəcə iki nəfər arasında yox, iki qlobal supergüc arasında oynandığı bir matç təsəvvür edin. İllərdən 1972-dir, Soyuq Müharibənin ən gərgin vaxtlarıdır və tərəflər bir-birinə nüvə silahları ilə yox, piyadalar və atlarla meydan oxuyur. Bu, şahmat tarixinə "Əsrin Matçı" kimi düşən əfsanəvi qarşılaşmadır.

SSRİ şahmat tarixinin ustalarından olan Boris Spassky, düz 24 il ərzində şahmat dünyasını mütləq dominantlıqla idarə edən, şahmatı Sovet təhsil və intellektinin üstünlüyünün sübutu sayan nəhəng bir qrossmeyster idi.

​ABŞ şahmat tarixinin ulduzu Bobby Fischer, təkbaşına bütün bir sistemə qarşı çıxan, dahi, ancaq olduqca ekssentrik və idarəolunmaz amerikalı qrossmeyster.

Bu matçın pərdəarxası yaşananları hətda ən yaxşı psixoloji triller filmlərindən geri qalmırdı. Fischer, Reykyavikdəki (İslandiya) matça gəlməkdən imtina edirdi. Vəziyyət o qədər qloballaşır ki, ABŞ Dövlət Katibi Henry Kissinger birbaşa Fischerə zəng edir:

"Sən bu gün Amerikanın ən güclü silahısan, get və oyna."

Fischer gəlir, amma taxta arxasında əsl xaos yaradır. O, işıqlandırmadan, kameraların səsindən, tamaşaçılardan, hətta oturduğu stuldan şikayət edərək SSRİ komandasının əsəbləri ilə oynayır. Spassky isə bu "troll"vari hərəkətlərə rəğmən ləyaqətini qorumağa çalışırdı.

Ən ikonik və dahi gedişlərdən biri matçın 6-cı oyununda baş verir.

​Fischer bütün karyerası boyu oyuna demək olar ki, həmişə e4 (Şah piyadası) gedişi ilə başlayırdı. SSRİ-nin onlarla qrossmeysterdən ibarət böyük analitik komandası aylarla buna qarşı müdafiə strategiyaları hazırlamışdı.

​Oyun başlayır və Fischer taxtaya yaxınlaşaraq qəfil c4 (İngilis başlanğıcı) gedişini edir! Bütün Sovet komandası şoka düşür. O, rəqibini onun heç gözləmədiyi, tamamilə fərqli bir döyüş meydanına çəkmişdi. Fischer o qədər mükəmməl və qüsursuz bir həmlələr seriyası qurur ki, taxtada sözün əsl mənasında sənət əsəri yaradır.

Partiyanın sonunda Fischer mat etməyə çox yaxınlaşanda, gözlənilməz bir şey baş verir. Məğlub olduğunu anlayan dünya çempionu Boris Spassky ayağa qalxır və... Fischeri alqışlamağa başlayır. Zal sükuta qərq olur. İki düşmən qütbün nümayəndəsi, intellektin və şahmat sənətinin böyüklüyü qarşısında bir-birinə baş əyir.

​Fischer matçı qazanaraq SSRİ-nin 24 illik hegemonluğuna son qoyur

u/rbaratli59 — 22 days ago

Kingdom Come , Əfsanəvi hekayə

DC komiks tarixinin ən möhtəşəm və fəlsəfi hekayələrindən biri olan "Kingdom Come" (1996) sadəcə bir superqəhrəman savaşı deyil, ədalət, əxlaq və insanlıq haqqında dərin bir dastandır. Mark Waid-in mükəmməl ssenarisi və Alex Ross-un unikal, foto-realistik rəsmləri ilə ərsəyə gələn bu "Elseworlds" hekayəsi bizi tamamilə fərqli və qaranlıq bir gələcəyə aparır

Hekayə:

Köhnə nəsil qəhrəmanlar , Superman, Batman, Wonder Woman , artıq yaşlanıb və səhnədən geri çəkiliblər. Onların yerini tutan yeni nəsil "qəhrəmanlar" isə ədaləti qorumaqdan çox, öz güclərini nümayiş etdirərək şiddət və xaos yaradırlar. Heç bir əxlaqi sərhəd tanımayan bu yeni nəslin məsuliyyətsizliyi böyük bir fəlakətlə – Kanzas ştatının radiasiya ilə məhv olması ilə nəticələnir.

Bu dəhşətli hadisədən sonra illərdir fermasında təcrid olunmuş Superman geri qayıtmağa qərar verir. Lakin bu dəfə o, əvvəlki qədər səbirli deyil. O, köhnə komandasını yığaraq dünyada nizamı güc yolu ilə bərpa etməyə çalışır və itaət etməyən metainsanlar üçün adlı nəhəng, qaçılmaz bir həbsxana qurur.

Digər tərəfdə isə Batman var. O, Superman-in bu avtoritar yanaşması ilə qətiyyən razılaşmır. Bruce Wayne hesab edir ki, supergüclülərin dünyanı diktatura ilə idarə etməsi insanlığın sonunu gətirəcək. Beləliklə, dünya üç əsas cəbhəyə bölünür:

​1) Ədalət Liqası: Superman-in rəhbərlik etdiyi və nizam-intizamı güclə təmin etmək istəyən qrup.

  1. Batman-in komandası İnsanlığın müqəddəratını qorumağa çalışan, kölgələrdən hərəkət edən gizli qrup.

  2. Bəşəriyyətin Azadlığı Cəbhəsi: Lex Luthor-un başçılıq etdiyi və yaranmış xaosdan istifadə edərək bəşəriyyəti bütün metainsanlardan təmizləmək istəyən radikal birlik.

Hekayənin əvvəlində qorxulu və mistik varlıq olan , Tanrının qəzəbinin fiziki və ruhani təcəssümü olan The Spectre (The Wrath of God) qiyamət gününün (superqəhrəmanların yaradacağı apokalipsisin) yaxınlaşdığını bilir və metainsanlar üzərində ilahi bir hökm verməlidir. Lakin o, eyni zamanda getdikcə insanlıqdan uzaqlaşdığını və duyğularını itirdiyini dərk edir. Onun məqsədi və vermək istədiyi hökm "yaxınlaşan Apokalipsisə görə kimin günahkar olduğunu təyin etmək və ilahi cəzanı kəsməkdir".

Buna görə də bu qədər böyük bir hökmü təkbaşına, yalnız qəzəblə vermək istəmir.

Dünya qaçılmaz bir Armageddona (superinsanların məhvedici savaşına) doğru gedir. Spectre bu fəlakətin qarşısını almaq üçün deyil, bu fəlakətə səbəb olanları mühakimə etmək üçün oradadır. Onun qarşısında duran və mühakimə etməli olduğu üç əsas sual var:

Təqsirkar kimdir və qəzəb kimə yönəlməlidir?

  1. ​Yeni Nəsil Metainsanlar? Heç bir əxlaqi sərhəd tanımayan, insan həyatına dəyər verməyən və Kanzas fəlakətinə səbəb olan gənc, məsuliyyətsiz qəhrəmanlar.

2)​Superman və Ədalət Liqası?

Bəşəriyyəti qorumaq adı altında azad iradəni əlindən alan, insanlara yuxarıdan baxan və fərqli düşünən hər kəsi həbsxanaya dolduran tanrılaşmış qəhrəmanlar.

  1. ​Bəşəriyyətin Özü? Xaosdan istifadə edərək hakimiyyəti ələ almaq istəyən Lex Luthor-un cəbhəsi və ya qorxudan bütün metainsanları (istər yaxşı, istər pis) biryolluq məhv etmək üçün nüvə silahına əl atan Birləşmiş Millətlər Təşkilatı (BMT).

​O, Norman McCay-in yanına gəlir və onu görünməz bir ruh kimi özü ilə bərabər dünyada baş verən hadisələri kənardan izləməyə aparır.

Kimdir Norman McCay ?

Norman McCay: Yaşlı və inancını itirmək üzrə olan bir rahib (pastor). O, hekayədə bəşəriyyətin səsini, qorxularını və əxlaqi baxış bucağını təmsil edir.

Hekayənin əvvəlində biz onun artıq inancını və ümidini itirmək üzrə olduğunu görürük. Çünki ətrafındakı dünya supergüclü varlıqların yaratdığı xaos içində məhv olur və o, dualarının cavabsız qaldığını düşünür.

​Onun bu hekayəyə daxil olması yaxın dostu olan qoca Wesley Dodds-un (DC kainatının Qızıl Dövrünün ilk qəhrəmanlarından olan orijinal Sandman-in) ölümü ilə başlayır. Dodds illərdir qarşıdan gələn apokalipsisi (tanrıların savaşını) yuxularında görürdü. O, ölüm yatağında olarkən bu qorxunc vizyonları son anda McCay-ə ötürür. Beləliklə, Norman gələcəkdəki Armageddonu görməyə başlayan yeganə insana çevrilir.

(Rəssam Alex Ross bu xarakteri yaradarkən məhz öz atası, eyni zamanda real həyatda da rahib olan Clark Ross-un simasından istifadə edib)

McCay ona bu fəlakətin adi insanlar üçün nə demək olduğunu xatırlatmalı və hekayənin sonunda bəşəriyyət, eləcə də metainsanlar haqqında veriləcək yekun ilahi qərarda ona rəhbərlik etməlidir.

Bəs sizcə haqlı tərəf kimdir?

u/rbaratli59 — 23 days ago

MAN OF TOMORROW - filmi

2025-ci il Superman filmini bəyənən varmı? va ya yeni Superman filmi haqqında nə düşünürsüz?

u/rbaratli59 — 26 days ago

Denis Villeneuve yoxsa Christopher Nolan

İkisi də bu dövrün ən böyük rejissorlarından sayılır. İkisi də kino zallarını doldurmağı bacarır. İkisi də "ağıllı, ciddi kino" anlayışının simvoluna çevrilib. Amma işləri bir-birindən müəyyən dərəcə fərqlidir. Siz bu iki rejissordan hansını daha çox bəyənirsiz?

u/rbaratli59 — 26 days ago

Zombiləşdirən Göbələklər

Təbiət bəzən ən qorxunc fantastika yazıçılarından daha yaradıcı görünür. Canlıların iradəsini əlindən alan, onları öz məqsədləri üçün istifadə edən və nəhayət cəsədlərini çoxalma platformasına çevirən bir varlıq mövcuddur. Bu, nağıl və ya qorxu filmi deyil — meşələrdə, torpaqda və həşəratların dünyasında baş verən real bir hadisədir.

Cordyceps parazit göbələklər qrupunun ümumi adıdır. Bu göbələklərin əsas məqsədi başqa bir canlının bədəninə daxil olmaq, onu ələ keçirmək və öz çoxalması üçün istifadə etməkdir.

Onların qurbanları adətən qarışqalar, milçəklər, çəyirtkələr və digər həşəratlardır. Proses isə hər dəfə eyni dərəcədə heyrətamiz və qorxuludur.

Əvvəlcə Cordyceps sporları həşəratın bədəninə yapışır və onun xarici örtüyünü keçərək daxil olur. Daha sonra göbələk bədən boyunca yayılır, əzələləri və daxili orqanları tədricən işğal edir. Maraqlıdır ki, bu mərhələdə qurban çox vaxt normal davranmağa davam edir və ətrafdakılar heç nə hiss etmir.

Bir müddət sonra göbələk həşəratın sinir sisteminə təsir göstərməyə başlayır. Araşdırmalar göstərir ki, Cordyceps qurbanın davranışını dəyişdirən mürəkkəb kimyəvi maddələr ifraz edir. Nəticədə qarışqa öz koloniyasını tərk edir və instinktiv şəkildə bitkilərin üzərinə qalxmağa başlayır.

Bu yüksəliş təsadüfi deyil. Göbələk qurbanı sporların yayılması üçün ən əlverişli rütubət və temperatur şəraitinə malik nöqtəyə aparır. Qarışqa həmin nöqtədə yarpağın və ya budağın alt hissəsindən çənəsi ilə möhkəm yapışır. Alimlər bu davranışı "ölüm dişləməsi" (death grip) adlandırırlar.

Bundan sonra qurban ölür. Göbələk isə bədəni tamamilə mənimsəyərək inkişafını davam etdirir. Nəhayət, qarışqanın baş və ya döş hissəsindən uzun göbələk sapı çıxır və yeni sporlar ətrafa yayılır. Beləcə, dövr yenidən başlayır.

Cordyceps insanlara yoluxmur və onları "zombiyə" çevirmir. Lakin həşəratlar üzərində yaratdığı bu təsir təbiətdə müşahidə edilən ən qəribə və təsirli parazit münasibətlərindən biri hesab olunur. Məhz buna görə də bu göbələklər bir çox elmi sənədli filmlərə, kitablara və məşhur zombi hekayələrinə ilham mənbəyi olub.

u/rbaratli59 — 27 days ago

Milyardları xilas etmək üçün milyonları öldürərdinizmi?

Watchmen filminin sonunda Adrian Veidt (Ozymandias), qəribə, lakin “məntiqli” bir qərar verir: o, Dr. Manhattan-ın radioaktiv enerji izinə bənzər silahla Nyu-York da daxil olmaqla böyük şəhərlərə (Berlin, Moskva və .) hücum təşkil edir, milyonlarla insanın ölümünə səbəb olur və bu hücumu Dr. Manhattan-ın üzərinə atır. Nəticə isə budur: ABŞ və SSRİ arasında gərginlik azalır, nüvə müharibəsi dayanır və potensial qlobal qiyamətin qarşısı alınır. Bəşəriyyət xilas olur amma milyonlarlaninsanın ölümü ilə.

Bu, fəlsəfədə klassik bir sual kimi görünür — utilitarizmin “Çoxluğun rifahı üçün azlığı qurban vermə" prinsipinin sərhədləri. Veidt bu qərarı təkbaşına, heç bir demokratik proses olmadan, heç bir şəffaflıq və razılaşma olmadan verir. O, bütün bəşəriyyətin taleyini öz intellektinin hökmünə tabe edir.

Burada əsas məsələ budur: Rorschach haqlı idi, yoxsa Veidt?

Rorschach deyir ki, bu, cinayətdir — nöqtə. Günahsız insanların qanı heç bir “böyük məqsəd” üçün bəraət qazandırmamalıdır. O, bu sirri açmaq üçün ölümünü qəbul edir. Veidt isə belə düşünür: “Alternativ nə idi? Hamının məhv olması?”

Mən şəxsən bu sualın cavabının asan olmadığını düşünürəm — amma Veidtin etdiyinin ən dəhşətli tərəfi onun müəyyən mənada haqlı çıxma ehtimalıdır. Film bizi bu sual ilə yekunlaşır. Heç bir katarsis yoxdur. Heç bir ədalət hissi yoxdur. Yalnız bir sual qalır:

Siz nə edərdiniz?

u/rbaratli59 — 28 days ago

Futbol

TƏXMİNƏN 10 GÜN SONRA FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞLAYIR.

BƏS SİZİN FAVORİT MİLLİNİZ HANSIDIR?

u/rbaratli59 — 29 days ago