u/sebail163

Why are so many Azerbaijani songs and melodies being used by our neighbors without crediting the original Azerbaijani composers or performers?

Why Is the Uncredited Use of Azerbaijani Music So Normalized in Armenia?

This is just for fun and healthy conversation—please, no hateful comments. I genuinely want to hear different perspectives.

Why are so many Azerbaijani songs and melodies being used by our neighbors without crediting the original Azerbaijani composers or performers? What interests me even more is why this seems to be so easily accepted by parts of Armenian society, rather than being recognized as a problem of cultural appropriation or plagiarism.

I’m not trying to attack ordinary Armenian people. I’m asking a cultural question: How did we reach a point where using someone else’s music without acknowledging its origin can be treated as completely normal? I’d genuinely like to understand how Armenians themselves view this.

u/sebail163 — 1 day ago

Avropa və Biz
-Rafiq Tağı

Bizim Avropaya inteqrasiyamız, görünür, bir qədər xam xəyaldır. Hələlik biz bu gedişatın yalnız eyforiyasını yaşayırıq. Aydındır ki, Qərbə meyil Şərqdən imtinadır. Sual olunur: biz Şərqdən imtina etməyə hazırıqmı? Hər halda, bu imtina birbaşa yox, dolayısı ilə, tərəddüdlərlə, hətta ağrılı şəkildə baş verir.

Avropa həmişə bəşəriyyəti təkcə coğrafi məkan kimi yox, mənəvi-etik bir mühit kimi düşünməyə məcbur edib. Avropa dəyərləri əslində bütün bəşəriyyətin nailiyyəti olduğu üçün bu, avropalılarda təkəbbürə səbəb olmamalıdır. Baxmayaraq ki, əfsuslar olsun, bu təkəbbür zaman-zaman özünü göstərir, hətta faşizm və ya hərbiləşdirilmiş təcavüzkar millət formasında reallaşır. Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.

İnsan hüquqları problemi də Avropada bir nümunə kimi müzakirə olunur. Çünki yalnız Avropa dəyərləri tərəqqinin qaçılmaz amilləridir. İnsan hüquqları Avropanın sosial icadıdır və yalnız Avropa modelində məqbuldur. Avropa mədəniyyəti insan təbiətindən barbarlığı çıxarmağa müvəffəq oldu. Cinayətlər minimuma endirilməklə, artıq bu canlı amilə ehtiyac qalmır. Hər şeydən əvvəl, insan Avropa məkanında özünə qalib gələ bildi, Şərdən uzaqlaşa və Xeyirə yaxınlaşa bildi.

Biz Şərq dəyərlərindən hələ də qopa bilmirik. Amma Şərq artıq qocalıb, tənəzzülə uğrayıb, yaradıcılıq enerjisini itirib. Şərq sivilizasiyası çoxdan öz resurslarını bitirib. Şərq yalnız keçmişi ilə öyünür. Qərb isə bu günlə yaşayır və gələcəyi qurur. Avropa Şərqin itirilmiş imkanıdır. Şərq insan azadlığını dərk etmədi və ya bunu istəmədi. Şərqdə insan azadlığı ən son dərəcəli bir problem kimi sürünür. Fərd, şəxsiyyət anlayışı yoxdur, burada kütlə var, itaət var. Sosial və ictimai azadlıqlardan məhrum edilmiş insana qaranlıq İslam təriqətləri səviyyəsində illüzor xoşbəxtlik vəd edilir. Fəlakətlərlə bəzədilmiş cənnət yolu sosial bataqlıqlardan çıxış yolu kimi qələmə verilir.

İslam dəyərləri ilə Avropa dəyərlərinin müqayisəsi hər zaman Qərbin xeyrinədir. Avropa insan hüquqlarını, azadlığı, elmi, tərəqqini hər şeydən üstün tutur. İslam dünyası insanı azad etmir, əksinə, onu çərçivələrə salır, onun təfəkkürünü məhdudlaşdırır. İslam Şərq ölkələrinin strukturlarında riyakar iş prinsiplərinə səbəb olub. Onun qadağan (tabu) sistemi Şərqin tam fiaskosuna gətirib çıxarıb, oradakı bir neçə parlaq ictimai ideya və fikri dəyərsizləşdirib. Baxın, İslam dünyasında dini elm yalnız bu tabuların çoxaldılmasından və daha da təkmilləşdirilməsindən ibarətdir. Qərb həmişə dialektik, Şərq isə metafizik şəraitdədir. Şərqin metafizik ictimai statusunda yalnız saxta tərəqqi görüntüləri mümkündür. Qərbin irəliyə doğru sıçrayışları fonunda Şərq arxaya tullanmış kimi görünür.

İsa Məsihlə Məhəmməd peyğəmbəri müqayisə etdikdə fərq kəskin şəkildə ortaya çıxır. İsa Məsih bəşəriyyətin gözündə sülhün, həlimliyin və təmənnasız sevginin rəmzi olaraq qaldı. Məhəmməd peyğəmbər isə dövlət xadimi, sərkərdə, hakimiyyəti güc və silahla bərqərar edən bir şəxs kimi fəaliyyət göstərdi. Xristianlığın humanizmi ilə müqayisədə İslam humanizmi inandırıcı görünmür və süni təsir bağışlayır. İslamda əxlaq kələkbazlıqdır; onun humanizmi inandırıcı deyil. İslam humanizminin kriteriyaları hətta əzbərlədiyimiz, vərdiş etdiyimiz dialektik materialist tənqidə də tab gətirə bilmir.

Məhəmməd peyğəmbərin gətirdiyi dəyərlər bəşəriyyətin inkişafına yox, onun müəyyən bir tarixi dövrdə (VII əsr Ərəbistanında) donub qalmasına xidmət edib. Şərqin mənəviyyat dediyi şey əslində tərəqqiyə qarşı müqavimətdir. Biz əgər Avropanın bir parçası olmaq istəyiriksə, bu köhnəlmiş, fəaliyyətsiz mənəviyyatdan, dini doqmalardan imtina etməliyik. Və bəlkə də elə bir ölkə olacaq ki, orada İslam yalnız tək-tək fiziki şəxslər, ya da inkoqnito yaşayan terroristlər tərəfindən təmsil olunacaq.

Azərbaycanın dünyəvi dövlət qurmaq istiqamətindəki bütün cəhdləri Avropa təsirinin nəticəsidir. Bu səmimi cəhdlərdə Azərbaycan xalqı Avropa ailəsinin həqiqi üzvü olduğunu tamamilə sübut etdi. Bizim İslam ölkələri ilə dövlət əlaqələrimiz yorucu, həvəssiz və diplomatik baxımdan qeyri-səmimidir. Bizim düşünən insanlarımız Azərbaycandakı İslamı məcburi, zəruri bir Şərq əlaməti, zorakılıq qalığı hesab edirlər. Tarixən, heç olmasa ən yaxın tariximizdə, Azərbaycan dövlət başçılarının İslama "səmimi" münasibəti daha çox səmimi olmayan "hakimiyyət" maraqlarından irəli gəlib. Onlar üçün müsəlmanlar həmişə təmizlənməli olan mühüm maneələr arasında olub və yalnız seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.

Mən nə qədər Roma Papasıyamsa, Azərbaycanın dövlət başçıları da o qədər müsəlman idilər.

Azərbaycan türkü hətta İranın sərt şiə-İslam rejimi daxilində də avropalı olaraq qalır. Məhrumiyyətlər, hər cür təqiblər və ya millətçi assimilasiya cəhdləri fars şovinizminə heç bir uğur gətirmir. Diqqət yetirin, Cənubdan [İran Azərbaycanından] miqrasiya əsasən Avropaya yönəlib. Bu psixoloji özünüdərk heç bir sübuta və ya izaha ehtiyac duymadan hər şeyi deyir; bundan istifadə etmək lazımdır. Açığını desəm, mahiyyətcə avropalı olan azərbaycanlının xarakterindəki Şərq elementləri yad bir maddə, deyərdim ki, azərbaycanlı insanında bir qüsur kimi görünür.

Şərqə mənsubluq azərbaycanlı insanının dəyərlər sisteminə heç nə əlavə etmir. Sən demə, azadlıq və humanizm ideyaları Avropada yaranıb və yalnız orada effektiv və realdır. Məhz mənəvi postulatlarının bu ideyalarla üst-üstə düşməsinə görə xristianlıq Avropada möhkəm bərqərar oldu. Avropada başqa heç bir din yayıla, nüfuz edə bilməz. Avropa başqa dinlərin, o cümlədən İslamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir.

İnsani dəyərlər, humanizm, elm və texnika – bunların hamısı Avropa sivilizasiyasının məhsuludur. Şərq bu gün Avropanın yaratdıqlarını istehlak etməkdən başqa bir şeyə yaramır. Biz özümüzü aldatmamalıyıq: gələcək yalnız və yalnız Avropa dəyərlərindədir, Qərb sivilizasiyasındadır.

reddit.com
u/sebail163 — 7 days ago

gedMatch

İstifadə edən olub? İstifadə qaydaları necədi? Azərbaycanlı biri hansı alətlərlə bunu yoxlamalıdır ki doğru data əldə etsin?

reddit.com
u/sebail163 — 14 days ago