Azərbaycanda creepypasta və ya qorxu hekayələri
İllərdir xaricilərin creepypastları və ya qorxu hekayələri kimi yazdığlarını oxuyur və dinləyirəm bu janr mənə çox maraqlı gəlir və bir növ əylənirəm bundan. Türklərdə Dunganga və korkunçlu hikayeler kanallarını izləyirdim illərlə və hətta hasan arda kaşıkçının korku vakti yayınlarına təkrar baxmamışam neçə dəfə. Bir neçə ay əvvəl Azərbaycanda bu tipdə yazıların, hekayələrin olduğu bir blog səhifəsi tapmışdım amma hekayələr bərbad idi hamısı ya suni intellekt yada türk dilindən çox pis tərcümə olunmuş hekayələri idi. Sualım odur ki redditdə və ya başqa bir platformada bu janrda nələrsə edən azərbaycanlılar varmı. Hətta hərə öz başına gələn qorxulu bir hekayəni belə yaza bilər.