Did you know that Azerbaijani national music was sent into space aboard Voyager 1?
A recording of Azerbaijani mugham, performed by Kamil Jalilov on the balaban, was included on the Voyager Golden Record in 1977, a message from Earth intended for any potential extraterrestrial civilization that might encounter it.
Source:https://en.wikipedia.org/wiki/Contents\_of\_the\_Voyager\_Golden\_Record
Any recommendations for similar psychological alien horror movies?
FRP oynamaq istəyənlər! (Açıqlama hissəsini tam oxuyun zəhmət olmasa)
Salam, bütün sub əhlinə, neçə vaxtı bununla bağlı post paylaşmaq istəyirəm. Amma tam olaraq bunu beynimdə formalaşdıra bilmədiyimdən, yazmağa çəkinirdim.
FRP, Tabletop RPG, (DND5 yaxud Fate sistemi) və s. sevənlər yaxın otursun. Neçə vaxtdır ki, keçmişdə cəmi 1 dəfə oynadığım amma dadı damağımda qalan, frp oynamaq istəyirəm. Əvvəllər oynadığım uşaqlar itib-batıblar. Ona görə frp oynamaq üçün Azərbaycanda community çox axtardım amma təssüfki, qabağıma çıxan hər şey rus dilində idi. (Rus dili ilə bağlı problemim yoxdur, sadəcə ölkəmizin, millətin dili ilə bunu oynamağın keyfi başqadır). İngilis dilində terminlər və s. işlətmək normaldır, amma bunu hobbini sırf ölkədə rus dilində oynayırlar deyə bundan geri qalmalı olduğumuzu düşünmürəm.
Nə istəyirəm?
Bu hobbi ilə bağlı marağı olan biri ola bilər, yeni başlayan yaxud təcrübəsi olan (bizə də öyrədər), adi bg3 oynayıb buna maraq salan biri ola bilər, hansısa youtube-da videoya baxıb qoşulmaq istəyən biri ola bilər, xülasə, bu hobbi ətrafında əylənmək istəyən insanlar axtarıram. Özüm dnd5-in handbook-u və monster manuallarını bitirmişəm, azdan çoxdan oyun təcrübəm var amma dm (Dungeon Master) kimi deyil. Əgər maraqlı olarsa, heç birimizin təcrübəsi olmasa aramızdan DM də seçib də oynaya bilərik.
Onlayn oyun problemi
4 il əvvəldə belə bir post atanda bir çox adam dc üzərindən yazmışdı: bizdə belə bir server var falan, onlayn sessiyalar keçirdirik. Amma düzünü deyim canlı olaraq frp oynamağın yerini başqa heçnə vermir. Onlayn o keyfi xeyli öldürür. Ona görə də qoşulmaq istəyən şəxslər həftəsonu sadəcə 1 gününü belə ayıra bilsə əla olar, 1 gün üçün plan qurulub, bunu həyata keçirə bilərik. Məkan problem deyil, hal-hazırda hava istidir deyə, parkda və s. belə oynamaq olar, bizə kağız, qələm və zər bəsdir.
Qatılmaq istəyən olsa dm-dən mənə yazsın, wp yaxud dc üzərindən bir qrup yaradıb, bunun müzakirəsini və s. apara bilərik. Düzünü deyim neçə vaxtdır uzaq qalmışam deyə, mən də bir söhbət və yenilənməyə ehtiyac duyuram.
Top çiləyə bilən adam lazımdı
Salam, sub əhli. Sizə işim düşüb
Bakıda yaşayan, top çiləməyi bacaran və ən azı əsas freestyle hərəkətləri edə bilən (dünya turu hərəkəti max) biri axtarıram. Video çəkilişi üçün lazımdır və ödənişlidir.
Əgər özünüz bacarırsınızsa və ya tanıdığınız biri varsa, zəhmət olmasa mənə DM yazın.