Bu il 22 yaşım olur

Bilirəm bunun sizə aidiyyatı yoxdur. Sadəcə düşünəndə özümə qəribə gəlir. Dekabrda 22 yaşım olacaq. Bu illər ərzində məktəbi bitirdim. Bakalavr təhsilimi bitirdim. Magistraturaya qəbul oldum. Müxtəlif işlərdə çalışdım və çalışmağa davam edirəm. Dostlarım, ailəm, ətrafım var. Həyat enişli-yoxuşlu davam edir. Bəzən gülürəm, bəzən əsəbləşirəm, bəzən dayanıram, bəzən qaçıram. Bilmirəm, bu bəlkə də fərqindəlik hissidir. Bəlkə də boşluq. Çünki zamanla insan böyüdükcə əslində şüuraltı yeridilən bütün bu sosial statusları bir-bir yerinə yetirir. Bu da qəribə bir hiss oyadır məndə. Elə bil illərdir bir filmi fərqində ola-ola izləyib yaşayıram. Yəqin ki özünüz də anlayırsınız ki pessimist birisi deyiləm. Sadəcə düşünməyi sevirəm və açığı bundan sonra həyatın axarı məni daha çox düşündürür. Çünki pis bir yerdə işləmirəm və gələcəkdə karyera qurmaq istəyirəm. Hə yaxşı, bəs sonra? Deyə də düşünürəm hər gün. Yəqin ki yaxşı olar.

İnsana qəribə gələn digər bir məsələ də insani münasibətlərdir. Məndən yaşca böyük və kiçik dostlarım, tanışlarım var. Hər birimiz məzun olmuşuq, oluruq. İşləyirik, əvvəlki kimi çox görüşə, danışa bilmirik bəzən. Ya da keçmiş yay tətillərindəki kimi gecə 2-yə, 3-ə kimi oyaq qalıb onlarla oyunlar oynaya bilmirəm artıq. Bu bəlkə də məsuliyyət hissidir. Yox əslində tam elə deyil. Çünki mən bu hissi birdən birə yaşamamışam ki indi mənə qəribə gəlsin. Sadəcə nə bilim. Yaşamağı sevirəm. Yəqin ki mənə qəribə gələn yolun davamının necə olacağıdır

reddit.com
u/Maestroly — 3 days ago

Hər vaxtınız xeyir olsun. Hal-hazırda diplom işi hazırlayıram və əsasən Aİ-dan istifadə edirəm. Sadəcə öyrənmək istəyirdim ki aranızda əvvəlki təcrübələrə əsasən bunu etmiş neçə nəfər olub.

Plagiatdan keçəndə problem yaşanıb? Əgər ilk dəfədən keçə bilməsəm ikinci şansım var mı? Və ümumilikdə neçə %-ə qədər güzəşt edilir.

İndidən təşəkkürlər

reddit.com
u/Maestroly — 4 months ago