u/Ok-Decision-4396

Niyə Azərbaycanda heçnə yaxşı inkişaf etmir - Səbəb

Artıq keçən həftə və bu həftənin 2 gününü geridə qoymuşam və bu müddət ərizində 12 Potensial müştəri ilə danışıb/görüşüb öz xidmətlərimdən danışmışam (veb sayt/app) əsasən bu 12 və əvvəlki qarşılaşdığım səhnələr bunlardır:

  1. Çox bahadır endirim edin.

Misal olaraq: 3 aylıq bir php Laravel/Bootstrap bir sayta 6 səhifə və kontentlərilə daxil (hosting və domain xaric) 1200 AZN (Hazır admin panel üzərində frontend) adam buna çox deyir. Halbu ki, bazardan aşağı qiymətə işləyirəm fərdi fəaliyyətimlə əlaqədar olaraq əlavə olaraq bu məbləği 3 aya böldükdə o böyük görsənən 1200 azn ayda 600 azn kimi gülünc məbləğə düşür.

  1. "Flankəs" "Flan" qiymətə edirdi, siz niyə bu qiymətə edirsiniz

Səbəblər müxtəlif ola bilər, ancaq qarşı tərəf əgər bu qiymətdən aşağı eyni formada bir saytı mənim dediyimdən absurd dərəcədə 200+ endirib deyirsə bu şəxs çox güman müştərini aldadır, hazır websayt (hətta wordpress belə satan görmüşəm 1000 AZN'ə 0'dan sayt adı ilə) ikinci bir səbəb, müasir dövrdə olan ai sistemlərilə hazırlanan veb saytdır. Burada da əgər qarşı tərəfin biliyi olmadan sadəcə ai ilə sayt hazırlayırsa, bu gün sabah problem çıxanda zülm çəkəcək tərəf müştəri olacaq, çünki, bilik olmadan ai ilə hazırlanan saytlarda struktur və təhlükəsizliklə bağlı çox peoblemlər mövcuddur. Səbəb ai bunu bacarmaması deyil, sizin bunu ona deməməyinizdir və s. Ehtiyacı var buna görə aşağıda endirə bilər, ancaq bu onu "ucuz işçi" kimi göstərməkdən başqa bir şey etməyəcək, 2-3 günlük çətinliyə görə belə etməyə dəyməz. Ən pis ehtimal isə saxtakarlıq, qiymət öldürmə və ya yeni başlayan problemi.

Ən önəmlisi isə belə deyənlərə, tək sözüm xahiş edirəm, gedib ucuza işləyən elə həmin adamla davam edin, hətta mənə də yönəldin öz əlimdəki işləridə ona ötürüb faizimi a

  1. Nə istədiklərini bilməmə

Burada ən böyük problem elə yazdığım kimi, müştəri ilk mənlə danışanda qısaca öz səliqəli fikrini deyir, bunları istəyirəm, bu qədər. Ya durduq yerə beyni çönür yada, hansısa "çoxbilmiş" öz zibildən fikirləri ilə müştərinin beynini dumanlayır, oda ya yox deyir, ya da təmamilə ideanı kökündən dəyişir. Adam sadə html web sayt istədi 5 səhifəlik 500 dedim bu qədər, axşama görüş istədi, görüşmüşük indi deyir "bu, bu, bu olsun". Deyirsən ki, qiymət bu şəkildə artacaq. Başlayır "sifət əyməyə" və qeyd edir ki, qiyməti belə demişdin. İndi gəl izah etdə sənin dediyin əlavə birşeydir və bu (misal olaraq bugün yaşanan problem: müştəri ekstra olaraq saytda blog yerləşdirmək istəyir və s. Buda xərclərin artdığı anlamına gəlir, bu isə müştəriyə xoş gəlmir və bir çoxx halda sən bu qiyməti deməmişdin və ya çox qarmaşıq olsu kimi ifadələr gəlir.

Hazırda yuxusuz və 6 saatlıq durmadan işlədikdən sonra yuxum gəldiyi üçün detallandırmayam, siz əlavələrinizj qeyd etsəniz şad olaram ♥️

reddit.com
u/Ok-Decision-4396 — 6 days ago