Ortaq zövqləri olan biriləri
Xüsusən Azərbaycanlıları tapmaq üçün öz dilimizdə yazıram, amma elə görürəm translate pis işləmir onsuz da.
17 yaşına kimi Türk liseyi, sonra da Türkiyə və Portuqaliya’da təhsil almış və o ölkələrin də ‘oxumuş-görmüş’ və alt culture’dan xəbəri olan gəncləri ilə dostluq etmiş biri olaraq Azərbaycanlı gənclər haqqında çox az məlumatım var. Elə başa düşürəm ki burada da alt gənclər var, amma çoxu Bakı’da yaşayır və azlıqdırlar.
Uzatmadan deyim, alt olmayanlar da var, amma ki mainstream pop culture da deyillər məncə. Musiqi olaraq Phoebe Bridgers, Elliott Smith, Bon İver, Sufjan Stevens; sinemada Richard Linklater filmləri, Fleabag, Normal Prople; ədəbiyatda Andre Aciman, James Baldvin, Sally Rooney kimi şəxsləri izləyən tanıdıqlarınız varmı?
Belə şəxslərlə necə dost ola bilərəm? 🥲