Ölkədəki xristian missionerlər haqda
Belələriylə qarşılaşanlar olub? Deməli, Student Life Baku deyə tələbə icması var. Təşkilatçılar hər həftəsonları tələbələri sosiallaşma, özünü inkişaf və s. adı altında bir araya yığırlar, film günləri, oyunlar, pikniklər və s. kimi fəaliyyətlər təşkil edirlər.
İlk baxışda, çox gözəl təşəbbüs kimi görünür. Sonradan isə məsələnin gizli tərəfi aydın olur: mütəmadi olaraq görüşlərə gələn tələbələr artıq normadan kənar görüşlərə cəlb olunurlar və bu gizli görüşlərdə birlikdə İncil oxunulur, xristianlıq təbliğ edilir və özlərini və Xristianlığı sənin həyatdakı tək dayağın kimi qələmə verirlər.
Bunları haradan bilirəm? Çünki sadaladıqlarımdan şəxsən özüm keçmişəm. İnancsız olduğuma görə ilk gizli görüşdən sonra qrupla olan əlaqəmi kəsdim, amma o qədər pis hiss edən, həyatda tənha olan, nə bilim, minbir dərdi olan tələbə bunların görüşləri ilə xristianlığa keçib özlərində dayaq tapırdılar ki.
Tələbələrin boşluqlarından istifadə edib hər hansısa dini onlara aşılamaq təbii ki düzgün deyil, sizin düşüncələriniz nələrdir bəs? Bu dediyim qrupla və ya başqa missionerlərlə qarşılaşan olub heç?