İnternetdən ingilis dilini öyrənmək?
Salam, dostlar. Deməli, son vaxtlar kimdən soruşuram, deyir ki, ingilis dilini internetdən öyrənmişəm. Məsləhət alanda da əsasən aşağıda qeyd etdiklərimi tövsiyə edirlər:
Telefonun, istifadə edilən bütün proqramların dilini ingiliscəyə çevirmək, daha sonra isə ancaq ingiliscə kontentlərə, postlara özünü məruz qoymaq;
İngiliscə film, seriala baxmaq və ya kitab oxumaq;
Hər gün praktika etmək üçün xaricilərlə, ya da elə chatgpt'nin özü ilə danışmaq.
Dostun biri də dedi ki, bilmədiyin söz olanda sadəcə translate'də gözucu bax və dərhal geri qayıt.
Keçən dəfə ingilis dilində bir məqalə oxumağa cəhd etdim. Deməli, elə cümlələr(əksər) var idi ki, içində bilmədiyim sözlər olduğu üçün düz-əməlli tərcümə edə bilmirdim. Mən də həmin dostun dediyi kimi translate'yə gözucu baxıb dərhal tərcümə etməyə çalışırdım, amma elədə də həmin sözləri tez bir zamanda unudurdum. Həm də hər dəqiqə transate'yə baxmaq həddindən artıq yorucu olurdu+Məsləhət aldıqlarımın heç biri də sırf söz öyrənməyə ayrıca vaxt ayırmağı tövsiyə etməmişdilər. İndi, sizcə, bu problemin üstəsindən necə gəlmək olar?
Bir də məsələn filmə baxanda dublaj ingilis dilində olanda altyazı hansı dildə olmalıdır? O da ingliscə, ya dublajın mənasını başa düşmək üçün azərbaycanca? Əvvəlcədən təşəkkür edirəm🙏 Edit: İngilis dili səviyyəm B1