Azerbaycanlılar niye beledir?
Salam. Azərbaycanda, Bakıda yaşayan normal bir vətəndaşam, amma gəl ki, Azərbaycanda normal yaşamaq heç cür alınmır. Haradan başlasam bilmirəm, amma ümumiləşdirsəm: taksi sürüclərindən həkimlərə qədər, xidmət sektorunda ortalama azərbaycanlıya xidmət edən hər kəs işini elə minnətlə görür ki, elə bil pulsuz edir. Pul veririk, yenə də kefləri nə istəyir edirlər. "Yox, sən bilmirsən", "yox, sən kimsən?" və s. Bunlar niyə özlərini göylə aparırlar?
Çox üstdən baxmaq kimi çıxmasın, onların kiçik ağıllarının heç xəyal edə bilməyəcəyi şeyləri bilirəm. Bunlar özlərini belə "bomba" aparanda məni həm əsəb, həm də gülmək tutur. Sadəcə, adicə taksi sürücüləri elə passiv-aqressivlik edirlər ki, sanki özləri böyük bir şeydirlər. "Gəl çıxaq, davaya" desəm, vurub aşırdaram kişini. Saçın-saqqalın ağarıb, mənim yarım boyda kişisən, nə çatışmır sənə gəlib mənə söz soxmağa çalışırsan?